Premyer Liqa klubundan 22,5 milyon avroluq transfer

00:27 - 19 Yanvar 2019

İngiltərənin "Kardiff Siti" klubu hücum xəttinə yeni futbolçu alıb.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransa I Liqasında çıxış edən "Nant"ın forvardı Emiliano Salanı transfer edib. 28 yaşlı oyunçunun keçidi "Kardiff Siti"yə 22,5 milyon avroya başa gəlib. Bu, klub tarixinin ən bahalı transferi olub.

 

Qeyd edək ki, argentinalı hücumçu "Nant"a 2015-ci ildə "Bordo"dan 1 milyon avroya keçib.

Xəbər xətti