Malavi millisinin üzvü "Zirə"də

11:36 - 21 Yanvar 2019

Malavi millisinin hücumçusu Robin Nqalande karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az "times.mw" saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun xidmətində adı açıqlanmayan klub maraqlıdır. Forvardın Azərbaycan klubu ilə müqavilə bağlayacağı gözlənilir. 

 

Nqalandenin agenti Pol Miçel futbolçunun Azərbaycan klubu ilə anlaşmaq üzrə olduğunu deyib: "Nqalande Azərbaycan klublarından biri ilə anlaşmaq üzrədir. Bir neçə xırda detallar həllini tapdıqdan sonra müqavilə imzalayacağıq". 

 

Nqalande son olaraq CAR-ın "Baroko" klubunda çıxış edib və 6 ay klubsuz qalıb.  Robin Madrid "Atletiko"susunun C komandasında, həmçinin "Ayaks Kayp Taun" və "Platinium Starz"da da forma geyinib.

 

Qeyd edək ki, Nqalandenin "Zirə"yə gəlmək variantı daha inandırıcıdır. Bir müddət öncə "qartallar"ın baş məşqçisi Samir Abasov Afrika qitəsindən olan futbolçularla danışıqlar apardığını açıqlamışdı.

Xəbər xətti