Azarkeşlərdən ulduz futbolçuya: "5 milyon izləyicin olsa da, atan yoxdur"

15:05 - 22 Yanvar 2019

Fransa I Liqasının 21-ci turunda "Lion" səfərdə derbi matçında "Sent-Etyen"i 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri "Lion"un hücumçusu Memfis Depaya açdıqları pankartla ismarıc yollayıblar. Belə ki, "ilanlar"ın fanatları "5 milyon izləyicin var, amma atan hələ də yoxdur" pankartı açıblar.

 

Depay 4 yaşında olarkən atası onu tərk edib. Bu səbəbdən də o, çıxış etdiyi klublarda formasının arxasına "Depay" deyil, "Memphis" yazdırır. O, atasının soyadını daşımamaq üçün formasına adını qeyd etdirir.

 

Hollandiya millisinin üzvü "Sent-Etyen" azarkeşlərinin cavabını sosial şəbəkə hesabında verib: "5 deyil, 5,9 milyon izləyicim var. Bunu edənlərə qarşı heç bir fikrim yoxdur. Həm də onların əsəbi olduqlarını bilirəm, çünki komandalarında mənim kimi istedadlı futbolçuları yoxdur. Bu, heç məni bir saniyə də narahat etmir. Bu mövsüm bizə qarşı oyunlarda xal qazanmayıblar. Bunun necə hiss olduğunu xəyal edə bilmirəm. Davam edim? Sizə qarşı heç bir silahlı cəhd olmayacaq, mən bu söhbəti böyütmək istəmirəm. Allah hamıya kömək olsun!"

 

Xəbər xətti