"Tottenhem" Yanssenə klub axtarır

12:20 - 24 Yanvar 2019

"Tottenhem" transferə çıxardığı Vinsent Yanssenə klub axtarmağa başlayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Maurisio Poçettino məlumat verib. Argentinalı mütəxəssis bildirib ki, hollandiyalı futbolçu 1,5 ildir ki, planlarında deyil və bu səbəbdən də klub forvarda yeni komanda axtarır.

 

Qeyd edək ki, "Tottenhem" Hollandiya millisinin üzvünü 2016-cı ildə "Alkmaar"dan 22 milyon avroya transfer edib. 24 yaşlı futbolçu cari mövsüm zədə səbəbindən oynamayıb. Yanssen ötən mövsümü icarə əsasında "Fənərbağça"da keçirib.

Xəbər xətti