"Qəbələ" - "Fakel" oyunu baş tutmayacaq

17:24 - 24 Yanvar 2019

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ”nin Rusiyanın"Fakel" klubu ilə keçirilməsi planlaşdırılan matç ləğv edilib.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, "qırmızı qaralar"ın I Divizionun təmsilçisiylə oyunu əlverişsiz hava şəraitinə görə baş tutmayacaq.

 

Qeyd edək ki, “Qəbələ” bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşıb. Əyalət təmsilçisi son yoxlama matçını yanvarın 26-da Macarıstanın  "MTK Budapeşt" klubuna qarşı keçirəcək.

Xəbər xətti