Millimiz Küveytlə heç-heçə etdi

00:02 - 25 Yanvar 2019

Avropa çempionatının elit-raunduna Antalyada  hazırlaşan 19 yaşadək futbolçulardan ibarət millimiz yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, yığmamız Türkiyədə 2-ci sınağına çıxıb. Vüqar Məmmədin komandası  Küveytdən olan həmyaşıdları ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. 

 

Qeyd edək ki, millimiz bundan əvvəl Rusiyanın “Krasnodar-3” komandası ilə də heç-heçə edib - 1:1.


24 yanvar

Yoxlama oyunu

 

Azərbaycan U-19 – Küveyt U-19 - 1:1
Qol:
Serhat Taşdemir, 52

Xəbər xətti