Hannes Halldorsson: "Messinin fikrini yayındırmaq üçün qışqırdım"

14:19 - 25 Yanvar 2019

"Lionel Messinin penaltini necə vurduğunu bilirdim. Bundan əlavə, zərbədən öncə onu ritmdən çıxarmaq və fikrini yayındırmaq üçün qışqırdım. İslandiyalılar deyir ki, biz yaxşı müdafiə olunduq".

 

Sportal.az "fakt.pl" saytına istinadəm xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Halldorsson deyib. Həm də rejissor olan 34 yaşlı qapıçı Polşa mətbuatına açıqlamasında "Qarabağ"ın Antalya toplanışında boş vaxt tapanda film ssenarisi yazdığını deyib: "Vaxtım olan kimi, otağıma gedib, qapını bağlayıram və film ssenarisi yazıram. Bu, hadisələrin İslandiya kəndlərinin birində yerləşən fermada baş verdiyi qeyri-adi triller olacaq. Ümid edirəm ki, bir neçə ildən sonra Polşadakı bir festivalda filmi izləyə biləcəksiniz".

 

Qeyd edək ki, İslandiya millisinin üzvü ötən yay "Qarabağ"a keçib.

Xəbər xətti