PSJ Koutinyonunu hədəfə aldı

15:42 - 27 Yanvar 2019

PSJ "Barselona"dan ayrılmaq istədiyi barədə söz-söhbətlər dolaşan Filippe Koutinyo üçün hərəkətə keçib.

 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubu Braziliya millisinin üzvünü transfer etmək istəyir. Ötən ilin yanvarında "Liverpul"dan 135 milyon avroya transfer edilən futbolçu "Barselona"da istənilən oyunu sərgiləyə bilmir. 26 yaşlı futbolçunun Premyer Liqaya da qayıtmaq ehtimalı var.

 

Qeyd edək ki, Koutinyonun sərbəst qalmaq qiyməti 400 milyon avrodur.

Xəbər xətti