"Monako"dan imtina etdi, "Beşiktaş"a keçir

12:48 - 31 Yanvar 2019

"Borussiya"nın futbolçusu Şinji Kaqava karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az NTV-yə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Monako" ilə ilkin razılığa gəlsə də, təklifdən son anda imtina edib. Yaponiyalı futbolçu "Beşiktaş"ın təklifinə müsbət yanaşıb. O, müqavilə imzalamaq üçün bu gün İstanbula gələcək.

 

Qeyd edək ki, Kaqava 2010-cu ildə "Sereso Osaka" klubunda "Borussiya"ya keçmişdi. 2012-ci ildə "Mançester Yunayted"ə üz tutan futbolçu 2014-cü ildə Dortmund klubuna qayıtmışdı.

Xəbər xətti