"Qarabağ"ın sabiq futbolçusu Ukrayna klubunda baxışdadır

19:20 - 3 Fevral 2019

2017/18 mövsümündə "Qarabağ"da çıxış etən Yaroslav Dedanın klubusz günləri davam edir.

 

Sportal.az footboom.com-a istinadən xəbər verir ki, 19 yaşlı hücumçu Ukraynanın "Karpatı" klubunda baxışdadır. Deda Lvov klubunun əvəzedici heyətində yoxlama görüşündə iştirak edib. Dedayla bağlı qərar yaxın günlərdə veriləcək.

 

Qeyd edək ki, ukraynalı futbolçu 2017-ci ildə "Volın"dan Ağdam klubuna keçmişdi. Deda "Qarabağ"ın U-19 komandasının heyətində UEFA Gənclər Liqasında çıxış edib.

Xəbər xətti