"Neftçi" "Keşlə"yə, "Zirə" "Səbail"ə qalib gəldi YENİLƏNİB

18:28 - 10 Fevral 2019

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

 

Lider "Neftçi" evdə autsayder "Keşlə"ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

 

Günün digər matçında isə "Səbail" doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə uduzub.

 

10 fevral

Azərbaycan Premyer Liqası, 16-cı tur

 

“Neftçi” – “Keşlə” - 2:0
Qollar
: Emin Mahmudov, 35, 68 (pen.)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”, 14:00

 

“Səbail” – “Zirə” - 0:2
Qollar:
Xulio Sezar Rodriqes, 2, Sadio Tounkara, 90+5
Qırmızı vərəqə: Elvin Yunuszadə, 81 ("Səbail")
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bayıl Arena”, 16:30

Xəbər xətti