Nani "Sportinq"dən ABŞ klubuna keçdi

00:46 - 19 Fevral 2019

"Sportinq"in futbolçusu Luiş Nani karyerasını ABŞ-da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Portuqaliya millisinin üzvü MLS təmsilçisi "Orlando Siti"yə transfer olunub. Klub saytının məlumatına görə 32 yaşlı yarımmüdafiəçi ilə 2021-ci ilin dekabrına qədər müqavilə imzalanıb. Nani yeni klubuna azad agent statusu ilə keçib.

 

Qeyd  edək ki, Nani "Sportinq", "Mançester Yunayted", "Fənərbağça", "Valensiya" və "Latsio" klublarında çıxış edib.

Xəbər xətti