Rəqibin düşərgəsinə casus göndərdilər, 200 min cərimə edildilər

16:39 - 19 Fevral 2019

İngiltərə Futbol Liqası (EFL) Çempionşipdə mübarizə aparan "Lids" klubunu cəzalandırıb.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, buna səbəb klubun baş məşqçisi Marselo Byelsanın köməkçilərindən birinin rəqib komandanın məşqçinə yollaması olub. 27-ci turda "Derbi"ylə qarşılaşmadan öncə casus kimi rəqib düşərgənin məşqini izləməyə göndərilən məşqçiyə görə klub 200 min funt-sterlinq cəzalandırılıb.

 

Qeyd edək ki, "Lids" sözügedən oyunda "Derbi"yə 2:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti