Ansi Aqolli: "Qurban Qurbanov futbolçu kimi böyüməyimə birbaşa təsir edib" MÜSAHİBƏ

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli "Panorama Sports"a müsahibə verib.

Sportal.az xəbər verir ki, 36 yaşlı albaniyalı futbolçu bir sıra məsələlərə toxunub.

- Qış toplanışınız necə keçdi?
- Hər il olduğu kimi qış toplanışını Antalyada keçdik. Hər şey yaxşı keçdi və biz çempionatın ikinci yarısına daha qətiyyətli başladıq. İlk oyunda çempionluq uğrunda mübarizə apardığımız "Neftçi" ilə heç-heçə etdik, iki oyunda isə qalib gəldik.

- "Qarabağ"ın bu mövsüm hədəfi nədir?
- Hər şey komandadan asılıdır. Şübhəsiz, çempionluq və ölkə kuboku bizim hədəfimizdir. Güclü yarış olacaq. Uzun illər sürən hegemonluğun ardından hazırda "Neftçi"dən bir xal geriyik. Qış fasiləsi başa çatanda üç xal geri qalırdıq. Hədəflərimizə çatana qədər mübarizə aparacağıq, ancaq bu yol asan olmayacaq. Bir il əvvələ baxanda indi daha yaxşısını etmək istəyirəm. Komandaya hədəflərinə çatması üçün yardım olmaq istəyirəm.

 

- Bu mövsüm daha az oynayırsınız. Buna səbəb nədir?
- Mövsümün əvvəlində baş məşçiylə görüşdüm. Qurban Qurbanov mənə oyunların 100 faiz hamısında oynamayacağımı açıq şəkildə söylədi. Təqvimin sıxlığına baxın: çempionat, avrokuboklar, kubok. 36 yaşlı futbolçu üçün 4-5 ayda təxminən 30 oyun keçirməsi fiziki yüklənmə olar. Hər şey planlıdır. Mən uzun illərdir Qurban Qurbanovla çalışıram. Oyunçu kimi böyüməyimə birbaşa təsir edib. Qərarlar komandanın xeyri üçündür. Hər vəziyyətdə qərarlara hörmətlə yanaşmışam.


- Milli komandada yarımçıq işiniz qalıb? Əgər qayıtsaydınız, nə edərdiniz?
- Milli komanda bir futbolçunun qürur mənbəyidir. Yaşaya biləcəyiniz ən böyük duyğu yeridir. Millidə hədəfim yoxdur. Bir alban futbolçunun milli ilə edə biləcəyi maksimuma çatdım. Avropa çempionatının final mərhələsi isə tortun üzərindəki albalı kimi idi


- Təsəvvür edin ki, millinin baş məşqçisi Kristian Panuççi sizə mesaj yazır: "Ansi, hazırlaş". Ona cavabınız nə olar?
- Mən belə bir şey gözləmirəm. Ona mesaj da göndərmərəm, çünki gözləmirəm. 


- Millinin baş məşqçisiylə münasibətiniz necədir?
- Hər kəs səhv edir və qüsursuz olan yoxdur. Hətta millinin baş məşqçisi də ictimaiyyətə danışanda tələsmiş ola bilər. Hər kəs söylədiklərinə cavabdehlik daşıyır. Həyat davam edir, Panuççinin nə deyib, etməsindən asılı olmayaraq.


- Sizin milli təcrübəniz çoxdur. De Byazinin gedişindən sonra Panuççi milliyə nə verdi?
- Bir az çətindir. Panuççi ilə az çalışdım, səhv etmirəmsə, dörd oyun. De Byazi oyunçunun keyfiyyətlərini çox tez müəyyənləşdirirdi. O, 18-20 nəfərlik əla kollektiv yaratmışdı. De Byazi bununla uğurlu nəticə qazanacağına inanırdı və buna görə sistem yaratdı.


- Karyeranızı başa vuracağınızla bağlı "Qarabağ"ın fan-klub səhiflərində xəbərlər yayılmışdı. Buna münasibətiniz necədir?
- Dediyiniz kimi, bu, fanatların açdığı səhifələrdir. Əslində, onlar böyük işlər görürlər, çünki həqiqətən də onların yazdığı kimi ola bilər (gülür).


- Gələcək planınız necədir?
- Albaniya misalını xatırladım: görmək və etmək. Mən hazırda "Qarabağ"ın hədəflərinə köklənmişəm və bu yolda yardım olmaq istəyirəm. Digər məsələlər üçün danışmağa zamanımız olacaq.


- Siz həmişə Tiranaya olan sevginizdən bəhs etmisiniz. Çünki "Tirana"da oynamısınız. Bu klub sizin son komandanız ola bilər?
- "Tirana" mənim ürəyimdədir. Futbolda hadisələrin necə dəyişəcəyini bilməzsiniz. Mən "Tirana"da yetişmişəm və orada hər şeyi qazanmışam. Buna görə də mütləq "Tirana"ya qayıtmalı olduğumu düşünmürəm.


- Siz 2009-cu ildə Albaniyanı tərk etmisiniz. Ailədən uzaqda yaşamaq çətin deyil?
- İlk iki ildə çox çətin idi. Albaniyadan kənarda həyat qurmaq - qida, dil, mentalitet və digər məsələlər peşəkarlığa bağlıdır. Ancaq övladdan uzaqlaşmaq qeyri-mümkün missiyadır. Bunu söyləmək də çətindir. Çox vaxt ailəmlə birlikdə Bakıda yaşadım və hər şey asan oldu.

Tarix: 22 Fevral [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2019
25  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio