"Napoli"dən İkardiyə rekord təklif

18:54 - 27 Fevral 2019

"İnter"dən mövsümün sonunda ayrılacağı gözlənilən Mauro İkardiyə "Yuventus"dan sonra "Napoli" də maraq göstərir.

 

Sportal.az xəbər verir ki, neapollular argentinalı hücumçuya illik 9+2 milyon avro maaş ödəməyə hazırdır. Əgər İkardi təklifi qəbul etsə, Kriştiano Ronaldodan sonra A Seriyasında ən çox məvacib alan futbolçu olacaq.

 

Qeyd edək ki, 26 yaşlı hücumçunun Milan klubu ilə müqaviləsi 2021-ci ilə qədərdir.

Xəbər xətti