Alleqri "İnter"ə, Zidan "Yuventus"a?

18:36 - 1 Mart 2019

Gələn yay İtaliya A Seriyasında ciddi baş məşqçi dəyişiklikləri baş verə bilər.

 

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, "Yuventus"un çalışdırıcısı Massimilyano Alleqri postunu tərk edəcək. Onun "İnter"ə keçəcəyi gözlənilir. Bu, "Yuventus"dan Milan klubuna gedən idman direktoru Beppe Marottanın istəyi əsasında həyata keçiriləcək.

 

"Qoca sinyora"nın baş məşqçi postu isə "Real"dan ayrıldıqdan sonra işsiz olan Zinəddin Zidana həvalə ediləcək.

Xəbər xətti