Əliyar Ağayev Yunanıstan çempionatında

10:08 - 7 Mart 2019

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev bu həftə Yunanıstan Super Liqasında oyun idarə edəcək.

 

Sportal.az sport24.gr saytına istinadən xəbər verir ki, bu mövsüm Super Liqada ilk dəfə əcnəbi hakim təyinatları reallaşıb. PAOK - "Atromitos" oyunu Əliyar Ağayevə həvalə edilib. 31 yaşlı referiyə Akif Əmrəli və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını Aristomenis Koutsiantis yerinə yetirəcək.

 

Yunanıstan Super Liqasında ilk dəfə ötən mövsüm əcnəbi hakimlər oyunları idarə edib. Ötən il PAOK və "Panatinaikos" görüşündə almaniyalı referi Tobias Velts ədalət sahibi olmuşdu.

 

Qeyd edək ki, PAOK - "Atromitos" oyunu martın 10-u, Bakı vaxtı ilə 19:15-də baş tutacaq.

Xəbər xətti