Oyun zamanı ülgüclə rəqiblərinə xəsarət yetirən futbolçuya ağır cəza

11:43 - 8 Mart 2019

Türkiyə Futbol Federasiyası oyun zamanı rəqiblərinə ülgüclə xəsarət yetirən "Amed Sportif Faaliyetler” klubunun futbolçusu Mansur Çalarla bağlı cəzasını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ömürlük futbol yarışlarından kənarlaşdırılıb. Federasiya kluba bir matçlıq azarkeşsiz oynamaq cəzası da verib.

 

Qeyd edək ki, "Amed Sportif Faaliyetler” - "Sakaryaspor” 1:1 hesabı ilə başa çatıb. Görüş ərzində iki komandanın futbolçuları arasında bir neçə dəfə mübahisə düşüb. Mansur Çalar ülgüclə bir neçə futbolçuya xəsarət yetirib.

Xəbər xətti