Azərbaycan klublarının UEFA-nın reytinqində mövqeyləri dəyişmədi

12:02 - 8 Mart 2019

Avrokuboklarda bu həftə keçirilən matçlardan sonra UEFA-nın reytinq siyahısı yenilənib. Qeydə alınan nəticələr bəzi dəyişikliklərə səbəb olub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan klublarının mövqeyində dəyişiklik baş verməyib. Ən yaxşı nəticə “Qarabağ”dadır. Ağdam klubu 22.000 xalla 69-cu sırada qərarlaşıb. Təmsilçimiz bu mövqeyi “Leypsiq” (Almaniya), “Feyenoord” (Hollandiya) və “Lester Siti” (İngiltərə) ilə bölüşür.

 

“Qəbələ” 164-cü sıradakı mövqeyini qoruyub. “Qırmızı-qaralar” 6.250 xala sahibdi. “Keşlə”, “Neftçi”, “Kəpəz” və “Zirə” isə 3.800 xalla 273-276-cı yerləri bölüşür.

Xəbər xətti