Ranyeri rəsmən "Roma"da

21:43 - 8 Mart 2019

Eusebio Di Françesko ilə yolları ayıran "Roma"nın yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubunu Klaudio Ranyeri çalışdıracaq. 67 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Ranyeri 2009-2011-ci illərdə "Roma"nı çalışdırıb.

Xəbər xətti