Dmitri Nazarov 7 dəqiqə oynadı, komandası qalib gəldi

11:54 - 10 Mart 2019

Almaniya II Bundesliqasında 25-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" klubu "Paderborn"u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

 

Nazarov oyunun 83-cü dəqiqəsində meydana daxil olub. Onun oyuna qoşulmasından sonra rəqib hesab arasındakı fərqi minimuma endirib.

 

Qeyd edək ki, "Aue" çempionatın turnir cədvəlində 29 xalla 11-cidir.

Xəbər xətti