Emil Balayev ən yaxşılar arasında

12:15 - 11 Mart 2019

Qazaxıstan Premyer Liqasının ilk turunda millimizin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” klubu evdə "İrtış"ı 3:0 hesabı ilə məğlub etdi.

 

Sportal.az xəbər verir ki, klub saytı oyunun ən yaxşı futbolçularını açıqlayıb. "InStat" şirkətinin təhlilinə əsasən, "Tobol"da Azat Nurqaliyev, Nika Kvekveskiri və Emil Balayev daha yaxşı indekslərə sahib olub.

 

Balayev qapısına gələn 15 zərbənin 5-ni dəf edib. 24 yaşlı əlcək sahibinin indeksi 268 göstərilib.

Xəbər xətti