Milli Miloş Velebitin rəhbərliyi altında hazırlaşır

Bu gün U-17 yığması heyəti komplektləşdirmək məqsədilə Bakı Olimpiya Stadionunun ehtiyat meydanında yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, 32 futbolçunun dəvət aldığı oyunda futbolçular 2 komandaya bölünüblər. Komandaların heyətləri aşağıdak kimi olub.

 

«Göylər»: Kamran Şabıyev, Vüsal Mirzəzadə, Raqif Abışov, Vüsal Vəliyev, Həsən Seyfullayev (hamısı «Sabah»), Rəhim Cəfərli, Elçin Bayramov ( hər ikisi «Zirə»), Əli Abbasov, Elməddin Qurbanlı (hər ikisi «Səbail»), Kamal Kazımov, Vaqif Həsənov («Keşlə»), Uğur Nağıyev, Yusif Rufullazadə ( hər ikisi «Sumqayıt»), Rəvan Nağıyev («Neftçi»), Ümid Həmzəyev («Qəbələ»).

 

«Qırmızılar»: Elgün Bayramov, Hüseyn Babayev, Tural Axverdiyev (hamısı «Neftçi»), Ülvi Mədətov, Taleh Qarayev (hər ikisi «Qəbələ»), Zöhrab Əsədov, Elnur Əliyev, Nihat Fərəcli, Mirismayıl Rəhimov, Fidayə Əzizov(hamısı «Qarabağ»), Fərda Qurbanov, Alı Alı, Nurəli Nurəliyev (hamısı «Zirə»), Arif Məmmədov, Nihat Babayev (hər ikisi «Səbail»), Kamran Dəmirçiyev («Molodeçno», Belarus), Əbil Əbilov («Keşlə»).

 

Komandalar meydana aşağı yaş millilərin koordinatoru Miloş Velebitin rəhbərliyi altında çıxıblar. Küləkli havada keçən oyunda hesab açılmayıb. 

 

Qeyd edək ki, buna kimi martın 2-dən 6-a kimi serb mütəxəssisin rəhbərliyi altında U-17 millisinin toplanışı olmuşdu. Həmin toplanışda və bu günkü oyunda özünü yaxşı tərəfdən göstərənlər gələn həftə Makedoniyada keçiriləcək turnirdə iştirak etmək üçün bu ölkədə yollanacaqlar. Yekun heyətlə bağlı qərar yaxın günlərdə veriləcək.

 

«Het-trik news» qəzeti

Tarix: 11 Mart [18:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2019
20  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio