"Qəbələ"nin futbolçusu turun ən yaxşısı seçildi

16:09 - 12 Mart 2019

InStat Sportun təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XX turunun ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin hücumçusu Ceyms Adeniyi turun ən yaxşısı olub. Nigeriyalı futbolçu “Səbail”ə qarşı görüşdə dubl etməklə yadda qalıb.

 

Araşdırmalara əsasən, Ceyms Adeniyi turun ən yaxşı indeksə malik futbolçusudur.

 

Xəbər xətti