Ramal Hüseynovun yeni klubu bəlli oldu

15:55 - 13 Mart 2019

Bir müddət Türkiyədə oynayan Ramal Hüseynov Azərbaycana qayıdıb.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin sabiq üzvü Region Liqasında çıxış edəcək. 34 yaşlı yarımmüdafiəçi "Füzuli" komandası ilə müqavilə bağlayıb.

 

Qeyd edək ki, Ramal Hüseynov "Şəfa", "Turan Tovuz", "Qarabağ", "Bakı", "Kocaelispor", "Kəpəz", "Arhavispor" kimi klublarda çıxış edib.

Xəbər xətti