FIFA DÇ-2018-dən qazancını açıqladı

15:11 - 16 Mart 2019

FİFA ötən yay Rusiyada təşkil olunan dünya çempionatından əldə etdiyi qazancı açıqlayıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, FIFA turnirə 1 milyad 824 milyon dollar xərc çəkib. Ali futbol qurumu yarışdan 5 milyard 357 milyon dollar gəlir əldə edib. Bu da FIFA-ya 3 milyard 533 milyon dollar qazanc gətirib.

 

Qeyd edək ki, DÇ-2018-in qalibi finalda Xorvatiyanı məğlub edən Fransa olub.

Xəbər xətti