Rüfət Dadaşov 90 dəqiqə oynadı

11:49 - 17 Mart 2019

Almaniyanın III Bundesliqasında 29-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə "Veen"ə 0:2 hesabı ilə uduzub.

 

Dadaşov start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 87-ci dəqiqədə sarı vərəqə alıb.

 

Qeyd edək ki, “Proyssen” çempionatın turnir cədvəlində 38 xalla 12-cidir.

Xəbər xətti