Kaliniç: "Azərbaycan bizi məğlub etmək istəyir"

13:53 - 18 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan milli komandaları ilə qarşılaşacaq Xorvatiya yığmasının qapıçısı Lovre Kaliniç açıqlama verib.

 

Sportal.az "Sportske Novosti"yə istinadən xəbər verir ki, İngiltərənin "Aston Villa" klubunda çıxış edən 28 yaşlı qapıçı zədəsini sağaltdığını deyib:

 

"Əlbəttə, kimin qapıda olacağı ilə bağlı qərarı baş məşqçi verəcək. Sadəcə, üç həftə futbolsuz qalmışam. Son iki həftə ərzində məşqlər edirəm. Bir qolfçu üç həftə oynamasa, xüsusi problemi yaranacaq? Mən təcrübəsiz qapıçı deyiləm. Özümə və bacarığıma inanıram. Azərbaycan və Macarıstanla oyunlara hazıram. Özümə olan güvəndən başqa heç nə məni narahat edə bilməz. İşimə peşəkar yanaşıb, analiz edirəm və qorxum yoxdur. Baş məşqçinin qərarına hörmətlə yanaşacam".

 

Kaliniç millimizlə oyun barədə bunları söyləyib: "Bu gün hər kəs futbolda nəsə edə biləcəyimə inanır və qalib gəlmək arzusuyla oyunlara çıxdığımı bilirlər. Ehtimal ki, Nikola Yurçeviçin Azərbaycan millisinə deyə biləcəkləri ola bilər. Yəqin ki, planlar qurub. Şəxsən mən onu yaxından tanıdığım üçün görəndə salamlaşıram. Dünya çempionatında 2-ci yeri tutan milliyə maksimumu vermək istəyirəm. Əlbəttə, Azərbaycan da qalib gəlmək istəyir. Ancaq həqiqətən də qorxumuz yoxdursa, hər şey yaxşı olacaq".

 

Kaliniç Macarıstanla oyunda da qalib gəlmək istədiklərini bildirib: "2016-cı ildə Avropa çempionatından öncə Macarıstanla yoxlama görüşü keçirmişdik. Oynadığım matç 1:1 hesabı ilə başa çatmışdı. Bilirik ki, azarkeşlərlə dolu olan stadionda oynayacağıq. Hansısa oyun asan keçmir. Əgər oyundan qopmaasnız, rahat olur. Bu dueldə yaxşı nəticə qazana bilərik. Qorxmaq üçün səbəbimiz yoxdur. Bura qədər etdiyimiz işi davam etməliyik.".

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək. Bundan 3 gün sonra "damalılar" Macarıstanın qonağı olacaq.

Xəbər xətti