Premyer Liqa klubu 35 yaşlı futbolçu ilə müqaviləni uzatdı

12:02 - 19 Mart 2019

İngiltərə Premyer Liqa təmsilçisi "Lester Siti"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "tülkülər" komandanın kapitanı Ves Morqanla müqaviləni uzadıb. 35 yaşlı müdafiəçi 2020-ci ilin iyununa qədər klubla müqavilə bağlayıb.

 

Qeyd edək ki, yamaykalı futbolçu 2012-ci ildən "Lester Siti"də çıxış edir.

Xəbər xətti