Zlatko Daliç Azərbaycanla oyuna hansı 11-liyi çıxaracaq?

16:59 - 19 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsinin ilk oyunları çərçivəsində millimiz səfərdə Xorvatiyanın qonağı olacaq.

 

Sportal.az "Sportske Novosti"yə istinadən xəbər verir ki, "damalılar"ın heyətində cəzalı Deyan Lovren, zədəli futbolçular - Şime Vrsalko, Yosip Pivariç, Marko Myatsa, Matey Mitroviç, İvan Ştriniç və Tin Yedvay yığmamızla oyunu buraxacaq.

 

Bundan əlavə, DÇ-2018-dəki uğurlu çıxışdan sonra Vedran Çorluka, Mario Manjukiç və Daniyel Subaşiç yığma karyeralarını başa vurdu. Nikola Kaliniç isə dünya çempionatındakı davranışlarına görə baş məşqçi Zlatko Daliç tərəfindən millidən uzaqlaşdırılıb. 31 yaşlı hücumçu hələ də üzr istəmədiyi üçün yığmanın qapıları üzünə bağlı qalıb.

 

Xorvatiya millisində əsas problem müdafiə xəttindədir. Yarımmüdafiə və hücum xəttində isə alternativlər kifayət qədərdir. Marselo Brozoviç, Ante Rebiç və İvan Perişiç də oyuna tam hazırdır.

 

Millimizlə oyun Daliçin taktikanı dəyişəcəyi gözlənilir. Həmkarlarımız iki variant üzərində dayanıblar.

 

Qapıçı: Lovre Kaliniç;

Müdafiəçilər: Yosip Brekalo, Domaqoy Vida, Due Çaleta-Çar, Borna Barişiç;

Yarımmüdafiəçilər: Luka Modriç, Marselo Brozoviç, İvan Rakitiç;

Hücumçular: Andrey Kramariç, Ante Rebiç, İvan Perişiç

 



Digər varianta nəzər salanda isə 3 dəyişiklik mümkündür. Son vaxtlar yaxşı formada olan Zaqreb "Dinamo"sunun qapıçısı Dominik Livakoviçin də qapıda durmaq ehtimalları var. Hücumun mərkəzində isə ilk dəfə yığmaya dəvət alan "Dinamo"nun (Zaqreb) forvardı Bruno Petkoviç də ola bilər. Marselo Brozoviçin alternativi kimi Mateo Kovaçiç göstərilib.

 

Qapıçı: Dominik Livakoviç;

Müdafiəçilər: Yosip Brekalo, Domaqoy Vida, Due Çaleta-Çar, Borna Barişiç;

Yarımmüdafiəçilər: Luka Modriç, Mateo Kovaçiç, İvan Rakitiç;

Hücumçular: Andrey Kramariç, Bruno Petkoviç, İvan Perişiç

 

 

Nikola Vlaşiçlə Mario Paşaliç də yaxşı formadadır. "Kalyari"nin yarımmüdafiəçisi Filip Bradariç isə yığmada çox şans qazanmır və millimizlə oyunda forma geyinmək ehtimalı azdır. Ante Rebiçə start heyətdə şans verilməsə, Bruno Petkoviç onun yerinə namizəddir. Həmçinin, Nikola Vlaşiç də hücuma rəng qata bilər.

 

Xorvatiya - Azərbaycan oyunu martın 21-i Zaqrebdə yerləşən "Maksimir" stadionunda keçiriləcək.

Xəbər xətti