Millimiz elit-raunda heç-heçə ilə start verdi

19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının elit-raund mərhələsində mübarizəyə başlayıb.

 

Sportal.az xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirib. Birinci qrupda mübarizə aparan komandamız ilk sınağında meydan sahibləri ilə üz-üzə gəlib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Qeyd edək ki, millimiz qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya seçmələri ilə də mübarizə aparacaq. Elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.


AÇ-2019-un seçmə mərhələsi, I qrup

20 mart

 

18:00. Rusiya - Azərbaycan - 0:0
Hakimlər
: Adrien Jakottet, Vital Jobin (hər ikisi İsveçrə), Balaş Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu

 

Azərbaycan: 1. Nicat Mehbaliyev (k), 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə,  8. Şakir Seyidov, 10. Kamran Quliyev, 11. Elvin Cəfərquliyev, 15. Vüsal Məsimov, 19. Tural Bayramov, 23. Musa Qurbanlı, 24. Elnur İbrahimov

Baş məşqçi: Vüqar Məmməd

 

Rusiya: 12. Anton Şitov, 3.İlya Martınov, 4.Aleksandr Mixaylov, 5. Pavel Maslov, 6.Vladimir Moskviçev, 8. Nail Umayrov (k), 9. Həmid Ağalarov, 10. Danila Yanov, 11. Vladislav Karapuzov, 17. Turqay Mexbalıyev, 19. Danil Prutsev
Baş məşqçi: Andrey Qordeyev

Tarix: 20 Mart [19:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio