Zlatko Daliç: "İlk hissədə vurduğumuz qol bizi xilas etdi"

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsinin ilk turunda Xorvatiya millisi evdə Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az "germanijak.hr" saytına istinadən xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Zlatko Daliç fikirlərini bölüşüb. 52 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

- Xoşbəxtəm, çünki ən önəmli olan 3 xaldır. Oyunun ilk dəqiqələrindən qol fürsətlərindən yararlana bilmirdik. İlk qolu vurmaq çətin oldu. Rəqib hesabı açandan sonra səbirli olmalı idik. Marselo Brozoviçlə Ante Rebiçə meydana ilk dəqiqələrdən buraxmamaqla istirahət verdik, çünki zədələrin yeni bərpa ediblər. Onlara Macarıstanla oyunda ehtiyacımız olacaq. Bruno Petkoviç və Yosip Brekalodan razı qaldım. Üç gün ərzində güclənəcəyimizi və Macarasıtanla oyunda bundan daha da yaxşı oynaycağımızı düşünürəm.

 

Daliç səbirli oyunla 3 xal qazandıqlarını bildirib: "Bu, ilk oyun idi. Nəyin yanlış olduğunu deməyəcəm. Səbirli davrandıq və 3 xal qazandıq. 3 xalla yanaşı, Rebiçlə Brozoviçi də qoruduq. İlk hissənin sonunda vurduğumuz qol bizi xilas etdi. Bizi daha sakit durumua gətirdi".

Tarix: 22 Mart [02:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyul 2019
17  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio