Millimiz İrlandiyaya məğlub oldu

14:52 - 23 Mart 2019

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Vüqar Məmmədin yetirmələri “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşıb. Görüş britaniyalıların millimiz üzərində 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, U-19 millisi ilk oyunda Rusiya ilə qolsuz heç-heçə edib. 

 

13:00. Azərbaycan U-19 - İrlandiya-U-19 - 1:3

Qollar: Kamran Quliyev, 73 - Tayreik Rayt, 41, Ceyson Nayt, 63, Conatan Afolabi, 85

Qeyri-dəqiq penaltilər: Uillam Smollbon, 51 (İrlandiya), Turan Vəlizadə, 73 (Azərbaycan)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 59 (Azərbaycan)

Baş hakim: Adam Farkas (Macarıstan)

“Kuban” stadionu

 

Azərbaycan: Nicat Mehbalıyev, Rauf Hüseynli, İbrahim Hüseynov, Elnur İbrahimomv, Vüsal Məsimov, Tural Bayramov, Turan Vəlizadə, Kamran Quliyev, Şakir Seyidov, Sərhat Taşdəmir, Emil Qasımov

Ehtiyat oyunçular: Nail Alışov, Rüstəm Samiqulin, Rüstəm Nuruyev, İdris İnqilablı, Murad Mahmudov, Elvin Cəfərquliyev, Zahid Mərdanov, Zamiq Əliyev, Musa Qurbanlı

Baş məşqçi: Vüqar Məmməd.

 

Xəbər xətti