AÇ-2020: İkinci tura yekun vuruldu

02:02 - 27 Mart 2019

AÇ-2020-nin seçmə qrup mərhələsində II tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə D, F və J qruplarında ümumilikdə 8 matç baş tutub.

 

Gecənin ən böyük hesablı nəticəsi İtaliyada qeydə alınıb. "Ennio Tardini"də İtaliya millisi Lixtenşteyni darmadağın edib - 6:0. Gecənin digər maraqla gözlənilən görüşündə İspaniya səfərdə Maltanı 2 cavabsız qolla məğlub edib. İsveçrə - Danimarka və Norveç - İsveç matçlarında isə 3:3 hesabı qeydə alınıb.

 

Seçmə mərhələnin növbəti oyunları iyunun 7-8-də keçiriləcək.

 

AÇ-2020-nin seçmə mərhələsi

II tur

26 mart

 

D qrupu

İrlandiya – Gürcüstan - 1:0

Qol: Konor Haurheyn, 36

 

İsveçrə - Danimarka - 3:3

Qollar: Remo Freuler, 19, Qranit Caka, 66, Bril Embolo, 76 - Matyas Yorgensen, 84, Kristian Qitkyaer, 88, Henrik Dalsqaard, 90+3

 

F qrupu

Malta – İspaniya - 0:2

Qollar: Alvaro Morata, 31, 73

 

Norveç – İsveç - 3:3

Qollar: Byörn Maars Yonsen, 41, Coşua Kinq, 59, Ola Kamara, 90+7 - Viktor Klasson, 70, Havard Nordveit, 86 (avtoqol), Robin Kvayson, 90+1
Qeyri-dəqiq penalti: Andreas Qranqvist, 70 (İsveç)

 

Rumıniya – Farer adaları - 4:1

Qollar: Çiprian Dayk, 26, Klaudiu Keşeru, 29, 33, Corce Puşkaş, 63 - Vilyormur Davidsen, 40

 

J qrupu

Ermənistan – Finlandiya - 0:2

Qollar: Fredrik Yensen, 14, Pyoryo Soyri, 78

 

Bosniya və Herseqovina – Yunanıstan - 2:2

Qollar: Edin Vişça, 10, Miralem Pyaniç, 15 - Konstantinos Fortunis, 64 (pen.), Dimitris Kolovos, 85

Qırmızı vərəqə: Miralem Pyaniç, 65 (Bosniya və Herseqovina)

 

İtaliya – Lixtenşteyn - 6:0

Qollar: Stefano Sensi, 17, Marko Verratti, 32, Fabio Kvalyarella, 35 (pen.), 45+3 (pen.), Moyse Kin, 70, Leonardo Pavoletti, 76

Qırmızı vərəqə: Daniel Kaufmann, 45+2 (Lixtenşteyn)

 

Xəbər xətti