"Ayaks"da yeni müqavilə

14:14 - 30 Mart 2019

"Ayaks" böyük klubların maraq dairəsinə düşən Andre Onana ilə müqaviləni uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi kamerunlu qapıçı ilə 2022-ci ilin iyununa kimi yeni müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Samuel Eto'O" Akademiyasının yetirməsi olan Onana 2010-cu ildə "Barselona"nın aşağı yaş qruplarından ibarət komandalara transfer edilmişdi. 22 yaşlı qapıçı 2015-ci ildə "Ayaks"a transfer olub.

Xəbər xətti