Premyer Liqanı tərk edən ilk klub bəlli oldu

11:36 - 31 Mart 2019

İngiltərə Premyer Liqasını mövsümün sonunda tərk edəcək ilk klub məlum olub.

 

Sportal.az xəbər verir ki, 32-ci turda səfərdə “Kristal Pelas”a 0:2 hesabı ilə uduzan “Haddersfild”in Çempionşipə yuvarlanacağı dəqiqləşib.

 

"Haddersfild" 14 xalla sonuncu pillədə qərarlaşıb. Komanda sona 6 tur qalmış 17-ci pillədə qərarlaşan "Börnli"dən 19 xal geri qalır.

 

Qeyd edək ki, "Haddersfild" cari mövsümdən Premyer Liqada mübarizə aparırdı.

 

 

 

Xəbər xətti