Kamal Bayramov Rəşad Abdullayevə çatdı

15:04 - 1 Aprel 2019

Qapıçı Kamal Bayramov 20-ci dəfə Premyer Liqa matçına “Zirə”nin kapitanı kimi çıxıb.

 

Sportal.az xəbər verir ki, bu, XXII turun “Səbail”lə oyununa (1:2) təsadüf edib.

 

Təcrübəli qolkiper bakılıların çempionat görüşlərindəki kapitanlıq sayında Rəşad Abdullayevə çatıb. Hərəyə 20 dəfə meydana sarğı ilə çıxan bu cütlük yalnız Anar Nəzirovdan geri qalır. Sabiq qolkiper Premyer Liqada 37 dəfə “Zirə”nin kapitanı olub.

 

Qeyd edək ki, Kamal çempionatda ilk dəfə 2017-ci il martın 5-də “Neftçi” ilə səfər matçına (2:1) “Zirə”nin kapitanı kimi çıxıb. 2017/18 mövsümündə 11 dəfə sarğını daşıyan qapıçı cari mövsümdə 8-ci dəfə bu vəzifəni icra edib.

Xəbər xətti