"Borussiya"nın futbolçusu üçün mövsüm başa çatdı

12:53 - 2 Aprel 2019

Almaniyanın “Borussiya” klubu ciddi itkiylə üzləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisinin müdafiəçisi Əşrəf Hakiminin ayağı qırılıb. “Volfsburq”la oyunda zədələnən mərakeşli futbolçu uzun müddət oynamaycaq. Onun cari mövsüm yaşıl meydanlara ayaq basmayacağı dəqiqdir. 21 yaşlı oyunçu gələn mövsüm meydanlara geri dönəcək.

 

Qeyd edək ki, "Borussiya" Əşrəfi Madridin "Real" klubundan icarəyə götürüb.

Xəbər xətti