"Sumqayıt" - "Keşlə" oyununun hakimi dəyişdirildi

18:35 - 2 Aprel 2019

Azərbaycan Premyer Liqası və I Divizionun növbəti turunda bir oyunun hakimi dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

 

Azərbaycan Premyer Liqasının XXIII turunun “Sumqayıt” – “Keşlə”, I Divizionun XXI turunun “Keşlə-2” – “Turan Tovuz” oyunlarının hakim təyinatlarında dəyişiklik edilib.

 

“Sumqayıt” – “Keşlə” qarşılaşmasında Namiq Hüseynovu Vüqar Bayramov, “Keşlə-2” – “Turan Tovuz” görüşündə isə Vüqar Bayramovu Teymur Teymurov əvəz edib.

Xəbər xətti