"Səbail"də hollandiyalı idman direktoru

12:12 - 3 Aprel 2019

“Səbail” Futbol Akademiyasına yeni idman direktoru təyin olunub.

 

Sportal.az xəbər verir ki, bu vəzifə hollandiyalı Yan Yaap Şmaala həvalə edilib.

 

Şmaal Qətərin U-12 və U-13 yığmalarına və “Əl-Xaur” klubunun U-17 komandasına rəhbərlik edib. Hollandiyalı mütəxəssis “Aspire Academy”də skaut kimi, eləcə də Asiya Futbol Konfederasiyasının “Pro” kurslarında çalışıb.

 

Şmaal UEFA-nın “A”, Asiya Futbol Konfederasiyasının isə “Pro” kateqoriyasına malikdir.

Xəbər xətti