Sulşer 6 futbolçunun göndərilməsini istəyir

14:17 - 4 Aprel 2019

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer yayda komandadan göndərəcəyi futbolçuları müəyyənləşdirib. 

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, norveçli mütəxəssis 6 oyunçu ilə yolları ayırmaq niyyətindədi. O, çempionluq uğrunda mübarizə aparmaq üçün daha yaxşı heyətə ehtiyac görür.

 

Sulşer Antonio Valensiya, Markos Roxo, Matteo Darmian, Erik Beyli, Ander Errera və Xuan Matanın göndərilməsini istəyir.

Xəbər xətti