Ayaz Quliyev oynadı, "Spartak" derbidə uduzdu VİDEO

01:28 - 7 Aprel 2019

Rusiya Premyer Liqasında 22-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Spartak" klubu evdə ÇSKA ilə qarşılaşıb. Moskva derbisi qonaqların qələbəsiylə başa çatıb.

 

Ayaz Quliyev oyuna 64-cü dəqiqədə daxil olub.

 

Premyer Liqada turnir cədvəlinə 44 xalla "Zenit" başçılıq edir. "Krasnodar" 41 xalla 2-ci, ÇSKA 40 xalla 3-cü, "Lokomotiv" 38 xalla 4-cü, "Spartak" 36 xalla 5-cidir. 

 

"Spartak" - ÇSKA - 0:2

Qollar: Arnor Siqurdsson, 46, 55

 

Xəbər xətti