"Borussiya" Hazardı transfer edir

12:19 - 8 Aprel 2019

Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu müqavilə müddətini uzatmaq istəməyən Torqan Hazardla yolları ayırmağa qərar verib.

 

Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, Belçika millisinin üzvü karyerasını Dortmund "Borussiya"sında davam etdirəcək. Nəşrin iddiasına görə, tərəflər anlaşma əldə etmək üzrədir. Bu keçid üçün Dortmund təmsilçisi 40 milyon avrosundan keçəcək.

 

Qeyd edək ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin müqaviləsini gələn ilin yayında başa çatacaq. Hazard cari mövsüm 28 oyuna 12 qol vurub, 11 assist edib.

Xəbər xətti