“Zirə”nin “Sumqayıt”la 16-cı dueli

13:31 - 13 Aprel 2019

“Zirə” Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi ilə Zirə İdman Kompleksində baş tutacaq matç iki komanda arasında 16-cı oyun olacaq.

 

Əvvəlki görüşlərdə üstünlük “qartallar”ın tərəfindədi. Bu komanda oyunların yarıdan çoxunda qələbə qazanıb. 15 oyundan səkkizində üç xala sevinən “Zirə” üç dəfə bərabərliklə kifayətlənib və yalnız dörd dəfə uduzub.

 

Rəqib qapısından 19 qol keçirən “Zirə” futbolçuları 12 top buraxıblar. Bu rəqiblə matçlarda “Zirə”nin ən yaxşı bombardirləri Aleksandr Dedovla Vüsal İsgəndərli hərəyə 3 dəfə fərqləniblər.

 

“Zirə” “Sumqayıt”la əvvəlki 7 ev matçında 5 dəfə qalib gəlib. Öz meydanında keçirdiyi oyunlarda yalnız iki dəfə xal itirən “qartallar” bir matçda heç-heçə edib, bir qarşılaşmada uduzub. Bu görüşlərdə meydan sahibləri 12, qonaqlar 6 qol vurublar.

Xəbər xətti