İsveçrədə çempion bəlli oldu

20:12 - 14 Aprel 2019

İsveçrə Super Liqasında 2018/2019 mövsümünün qalibi bəlli olub.

 

Sportal.az xəbər verir ki,çempionatın 29-cu turunda səfərdə "Sürix"i 1:0 hesabı ilə məğlub edən "Yanq Boyz" çempionluğu təmin edib. Bern təmsilçisi sona 7 tur qalmış ən yaxın izləyicisi "Bazel"i 22 xal qabaqlayır.

 

Bu, "Yanq Boyz"un ardıcıl 2-ci, ümumilikdə 13-cü İsveçrə çempionluğu olub.

Xəbər xətti