Azərbaycanlı futbolçular oynadı, komandaları liderə uduzdu

00:13 - 16 Aprel 2019

Latviya yüksək liqasında 6-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” evdə lider RFS klubuna 0:1 hesabı ilə uduzub.

 

Azərbaycanlı futbolçular start heyətdə meydana daxil olublar. Vüqar Əsgərov 90 dəqiqə oynayıb. Tural Bayramlı 51-ci, Elvin Sərkərov isə 82-ci dəqiqədə əvəzlənib.

 

“Dauqavpils” 4 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti