Azərbaycan millisinin futbolçusu rəqibin burnunu qırdı

10:55 - 16 Aprel 2019

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" Almaniya III Bundesliqasının 33-cü turunda səfərdə "Münhen 1860" klubunu 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyunda komandasının qələbə qoluna imza atan Rüfət sərt oyunu ilə də yadda qalıb. Milli üzvü 76-cı dəqiqədə rəqibin futbolçusu Simon Lorentslə top uğrunda mübariəzədə qaydalar çərçivəsində oynamayıb.

 

 Dirsək zərbəsiylə Simonu vuran Rüfət sarı vərəqə alıb. Tibbi müayinədən keçən Lorentsin burnunda qırıq aşkar edilib.

 

Qeyd edək ki, "Proyssen" 33 turdan sonra 45 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti