Super Liqa klubundan Sərgən Yalçınla bağlı qərar

18:32 - 16 Aprel 2019

Türkiyə Super Liqasında çıxış edən "Alanyaspor" baş məşqçisi Sərgən Yalçınla bağlı qərar verib.

 

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, klub mütəxəssisə 2 illik müqavilə təklif edib. 46 yaşlı mütəxəssis Alanya klubunun təklifi ilə razılaşıb.

 

Sərgən Yalçının adı "Beşiktaş"la da hallanırdı.

 

Qeyd edək ki, "Alanyaspor" Super Liqanın turnir cədvəlində 38 xalla 6-cıdır.

Xəbər xətti