Messi həftənin ən yaxşısı seçildi

18:56 - 19 Aprel 2019

Çempionlar Liqasında 1//4 final mərhələsinin cavab görüşlərindən sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Barselona"nın kapitanı Lionel Messi ən yaxşı seçilib. Argentinalı hücumçu "Ayaks"ın müdafiəçisi Matteis de Liqti, "Liverpul"un forvardı Roberto Firminonu və "Tottenhem"in futbolçusu Son Hın Mini qabaqlayıb.

 

Qeyd edək ki, Messi 1/4 final mərhələsinin "Mançester Yunayted"lə cavab oyununda (3:0) dubl edib.

Xəbər xətti