"Qəbələ"də "Qarabağ"la oyun öncəsi Bezotosnı şoku

15:47 - 20 Aprel 2019

Premyer Liqanın 25-ci turunda "Zirə" ilə oyunda ayaq əzələsindən zədələnən "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının vəziyyəti ciddidir.

 

"Qəbələ"nin menceri Səbuhi Səfiyarlı Sportal.az saytına açıqlamasında 35 yaşlı ukraynalı əlcək sahibinin müayinədən keçmədiyini, lakin zədəsinin ciddi olduğunu deyib: "Zədədən sonra 2 gün gözləmək lazımdır ki, MRT müayinəsi tam dəqiq cavab desin. Bu gün və sabah dəqiq diqanoz olmayacaq, ona görə də ancaq proqnoz verə bilərik. Əlamətlər göstərir ki, vəziyyət yaxşı deyil. "Qarabağ"la oyuna çatmaq ehtimalı azdır".

 

Qeyd edək ki, "Qəbələ" Azərbaycan kubokunun yarımfinalının ilk oyunları çərçivəsində "Qarabağ"ı qəbul edəcək. Oyun aprelin 23-ü, saat 16:00-da baş tutacaq.

 

Xəbər xətti